«Bu, «Sabah»ə qarşı nə birinci, nə də axırıncı səhvdir».
Futbol eksperti Emin Abbasov belə bir açıqlama verib.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Premyer Lqanın 12-ci turu çərçivəsində keçirilən «Sabah» - «Zirə» matçından (0:1) söz açıb.
Tanınmış teleşərhçi referi Tural Qurbanovun nəticəyə təsir göstərən ciddi səhvlərinə münasibət bildirib.
Qeyd edib ki, hakimlər Masazır komandasına və onun baş məşqçisi Murad Musayevə aqressiv yanaşır:
«Bu, neçə ildir belədir. Musayev durduğu yerdə əsəbiləşmir.
Onu hiddətləndirən belə səhvlərdir. Ağzını açan kimi vərəqə çıxarıb verirlər.
Hakimlər ayrı-seçkilik edirlər. Adam söz tapmır deməyə.
Son qarşılaşmada «Zirə»nin hücumçusu Vyaçeslav Kuçuka «qırmızı» düşürdü, vermədilər. Halbıki onda hesab hələ açılmamışdı».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

