Azərbaycanda komandanı pis günə salan adam odur?

10 Noyabr 2023 16:40 Sabah 2 409
Azərbaycanda komandanı pis günə salan adam odur?

“Sabah”da uğursuz dönəm davam edir.

12 tur arxada qalsa da Masazır təmsilçisində gözlənilən performansı görə bilmirik.

Aktivində 13 xalı olan komanda 8-ci pillədə qərarlaşıb.

Yaranmış acınacaqlı durumla bağlı müxtəlif fərziyələr klub ətrafında pərvaz edir.

Məsələn, Yusif İmanov amilin xüsusi qabardanlar var.

Ki, gənc qolkiper bugünkü mənfi nəticələrdə əsas rol alan adamdı.

Düzdü, gənclər millimizin qapıçısının bəzi oyunlarda inamsız çıxşını qeyd etməmək mümkün deyil.

Lakin əsas günahkar kimi qələmə vermək insafdan olmaz axı.

Ən azından arxada qalan 12 matçın xronikasına baxanda bunu görmək elə də çətin deyil.

Qazanılan 3 qələbə qapını Yusif qoruyub. “Qəbələ” və “Neftçi” quru hesabla məğlub edilibsə (uyğun olaraq 5:0, 1:0), “Sumqayıt” üzərində geridönüşlə 3 xalı əldə etmək mümkün olub – 3:1.

Xalların sel kimi əldən çıxdığı digər 9 matçdan birində ikinci qapıçı Rüstəm Samiqullinin “əməyi” olub.

“Kəpəz”lə bərabərə bitən (2:2) qarşılaşmada qapıda duran futbolçu buraxılan hər iki qolda da kobud səhvlə yadda qalıb.

"Neftçi" ilə Masazırda bərabərliklə başa çatan (1:1) görüşdə Con İrasabalın avtaqolu qələbəyə mane olub.

"Araz Naxçıvan”la heç-heçədə isə Belfoldun avtoqolu 3 xala mane olub.

"Zirə"yə birinci dövrədəki məğlubiyyətdə (0:1) Amil Seydiyevin, ikinci dövrədəki məğlubiyyətdə isə Emmanuel Apehin qırmızı vərəqə almasını qeyd etməmək mümkün deyil.

Bura hakimlərin əksər oyunlarda Murad Musayevin yetirmələrinin əleyhinə verdiyi qərarları da əlavə etsək mənzərə tam aydın olur.

Təsəvvür edin ki, yuxarıda haqqında bəhs etdiyim görüşlərdə paytaxt klubu aktivinə əlavə 7-8 xal da yığa bilsəydi (başverənlər bunun reallığa nə qədər yaxın olmasını göstərir) bu gün yenə hər mətbuat konfransında rusiyalı mütəxəssisə “Sabah” “Qarabağ”ın hegemonluğuna son qoya biləcək” – deyə ünvanlanacaq sualları eşitməyə davam edirdik.

Qısası, detallar çoxdu, günahkar da yox deyil. Amma dəqiq əsas səbəbkar İmanov deyil.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti