2021-ci ilin payızından etibarən «Sabah»ı çalışdıran Murad Musayevin gələcək aqibətinə aydınlıq gəlib.
Ötən mövsüm Masazır klubuna tarixinin ən böyük uğurunu - Premyer Liqanın gümüş medalını qazandıran rusiyalı mütəxəssis yeni təklifi qəbul edib.
Sabiq «Krasnodar»lı daha 1 il Azərbaycanda qalmağa razılaşıb. Ölkəsindən bir neçə dəvət gəlsə də, o, yaxşı münasibətdə olduğu «Sabah» rəhbərliyinin çağırışını üstün tutub.
Tərəflər arasında danışıqların şifahi mərhələsi artıq başa çptıb, qalıb müqavilənin rəsmiləşməsi. Bunun da yaxın günlərdə olması gözlənilir.
SPORTİNFO.AZ

