Azərbaycan klubunda hakim səhvlərinə qarşı etiraz davam edir - Bu dəfə...

7 Noyabr 2023 17:40 Sabah 817
Azərbaycan klubunda hakim səhvlərinə qarşı etiraz davam edir - Bu dəfə...

“Sabah”ın Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyi ilə bağlı narazılığı davam edir.

Masazır təmsilçisi dünən qarşılaşmanın baş hakimi Tural Qurbanovun verdiyi qərarların təzadlı olması barədə açıqlama yaymışdı.

Komanda rəhbərliyi bu dəfə rəsmi yollara baş vurub.

Belə ki, son oyundakı hakimliklə bağlı klub tərəfindən AFFA Hakimlər Komitəsinə və İntizam Komitəsinə şikayət edilib.

Şikayətdə əsasən oyunun son dəqiqəsində Maruan Hadudiyə qarşı olan kobudluğa göz yumulması xüsusi qeyd edilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti