Azərbaycan futbolunu qara günə qoyanların ƏSL ÜZÜ - VİDEO

7 Noyabr 2023 23:00 Sabah 1 106
Azərbaycan futbolunu qara günə qoyanların ƏSL ÜZÜ - VİDEO

"Bu cür oyuna şərh vermək çətindir. İndiyə kimi ən yaxşı birinci hissəmizi keçirdik. Amma hər şeyi hakim korladı".

Bu sözləri Premyer Liqanın 12-ci turunda “Zirə”yə məğlubiyyətdən sonra (0:1) "Sabah"ın məşqçisi Artur Olenin dilə gətirib.

Bəli, Murad Musayev yox, onun köməkçisi Artur.

Artıq o da “ədalət keşikçiləri”nin qərarlarından yorulub.

Bu gedişlə bütün “Sabah” cəbhəsi dilə gələcək, danışacaq.

Axı səhv bir dəfə olar, iki dəfə olar, üçün dəfə olar.

Daha aşağı-yuxarı hər oyunda olmaz da.

Neçənci oyundur referilər etdikləri yanlışlarla Masazır təmsilçisinin önünü kəsmiş olur.

Son oyunda olduğu kimi.

Rəqibin futbolçu Emmanuel Apehə qarşı çox kobud oynayır. Qətiyyətli hakim nəinki sarı vərəqə, hətta birbaşa qırmızı vərəq ilə Pyer Zeblini meydandan qovardı.

Amma Tural Qurbanov heç cərimə zərbəsi belə təyin etmədi.

Cəmi bir neçə dəqiqə sonra həmin Apeh özü qırmızı vərəqə ilə meydandan qovuldu. Öncə qayda pozuntusuna, ardınca hakimə etiraza görə. Bəlkə bir neçə dəqiqə əvvəl ona qarşı qayda pozuntusunda referinin göz yumması idi onu əsəbiləşdirən.

Daha bir qalmaqallı epizod isə görüşün son dəqiqələrində yaşandı. Vladislav Kulaç meydan sahiblərinin müdafiəçisi Maruan Hadudini açıq-aşkar arxadan təpiklə vurdu.

Nə bunu Qurbanov görür, nə də VAR-da oturan həmkarları. Bəlkə də görmək istəmədilər.

Hətta oyunun şərhçisi Gündüz Abbaszadə epizoda "Axı bunu necə görməmək olar" - deyə reaksiya verdi.

Lakin görə bilsəydilər əminəm ki, Kulaç meydandan qovulacaqdı.

Həmin anda hesabın açlmadığını nəzərə alsaq, qalan dəqiqələrdə nələr baş verəcəyini güman etmək elə də asan deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Haqqında bəhs etdiyimiz epizodlara aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti