"Hər şeyi hakim korladı" - "Sabah"ın məşqçisi

5 Noyabr 2023 21:50 Sabah 1 146
"Hər şeyi hakim korladı" - "Sabah"ın məşqçisi

"Bu cür oyuna şərh vermək çətindir. İndiyə kimi ən yaxşı birinci hissəmizi keçirdik. Amma hər şeyi hakim korladı. Namik Ələsgərovu dirsəklə vururlar, hakim heç buna fikir vermir, görmür. Üstəlik, Manunun sifətindən vurdular, yenə görmədi. Maruan təmiz topa oynayır, onu vururlar, yenə görmür".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin matçdan sonra keçirilən mətbuat konfransında deyib:

O, hakim idarəçiliyinin bərbad olduğunu bildirib: "Niyə hakimlər "Sabah"a qarşı bu qədər qərəzlidir? Məncə, hakimlik bu gün bizə qarşı qərəzli idi. Futbolçularıma təşəkkür edə bilərəm. Onlar 10 nəfərlə mübarizə apardılar, epizodlar da yaratdılar. Rəqibə və hakimə qarşı mübarizə apardıq. Bu gün hakimlik sadəcə bərbad idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti