"Sabah" əvəzedici komandaya göndərdiyi iki futbolçusundan biri ilə bağlı güzəştə gedib.
Söhbət komandanın qolkiperi Nicat Mehbalıyevdən gedir.
Təxminən 2 ay əvvəl hər hansı intizamsızlığı olmayan və ciddi əsas göstərilmədən ikinci komandaya göndərilən qolkiper təxminən 10 gün əvvəl gözlənilmədən əsas komandanın düşərgəsinə qaytarılıb.
Amma Nicatla bərabər əvəzedici heyətə göndərilən digər gənc futbolçu Ceyhun Nuriyevlə bağlı qərar hələ də dəyişdirilməyib.
Yarımmüdafiəçi ikinci komandada məşqlərin davam etdirir.
XANOĞLAN / SPORTİNFO.AZ

