«Komandamız hazırda yüksək pillələrdə deyilsə, mən də öz performansımdan razı ola bilmərəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın yarımmüdafiəçisi Namiq Ələsgərov deyib.
Masazır klubunda ikinci mövsümünü keçirən vinger son vaxtlar tez-tez meydanda görünməsinə baxmayaraq, öz çıxışından razı qalmadığını bildirib:
«Qarşıdakı oyunlarda öz performansımı artırmağa və komandama daha çox xeyir verməyə çalışacam. Bu, mənim başlıca məqsədimdir.
Biz aşağı yerlərdə olmamalıyıq. Güclü baş məşqçimiz və heyətimiz var.
Bu kollektivlə çox şey əldə etmək mümkündür. Necə ki, keçən mövsüm bunu göstərdik».

