"Bakıda özümü yad kimi hiss etmirəm. İnsanlar gülərüz və xoş rəftardı".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın müdafiəçisi Sofian Cakla deyib.
Mərakeşli legioner ölkəmizdəki həyat tərzindən də danışıb:
"Düzü, asudə vaxtımı evdə keçirməyi daha çox xoşlayıram. Belə də özümü rahat hiss edirəm.
İstirahət günlərimi ailəmlə, oğlumla keçirməyə daha çox üstünlük verirəm. Ümumi olaraq götürsək, Bakıda yaşamaq bizim üçün xoşdur".
Əcnəbi futbolçu Azərbaycan mətbəxi barədə də ağızdolusu danışıb:
"Dadlı yeməkləriniz var. Bu baxımdan da özümü xoşbəxt saya bilərəm. Ən sevdiyim yemək isə plovdur. Çox bəyənirəm".
XANOĞLAN

