Yaxınlarda Azərbaycanda daha bir stadionun süni qazonu dəyişdiriləcək.
Bu dəfə növbədə “AZAL Arena”dır.
Şüvəlanda yerləşən arenanın meydançası təbii olacaq.
Daha əvvəl xəbər verdiyimiz kimi, “AZAL Arena”nın idarəçiliyi növbəti dəfə «əl dəyişib».
Eyniadlı Hava Konserninin balansında olan stadion «Sabah»ın ixtiyarına verilib.
Masazır klubu Şüvəlanda yerləşən kompleksi uzunmüddətli icarəyə götürüb.
«Bayquşlar» əsas bazasını vaxtilə AZAL PFK-nın ev oyunlarını keçirdiyi məkana köçürməyi qərara alıb. Yenidənqurma tədbirləri də elə “Sabah” tərəfindən həyata keçiriləcək.
SPORTİNFO.AZ

