“Komandaya yeni gəldiyim zaman formada deyildim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yeni transferi Cesse Sekidika deyib.
Sentyabrda Masazır təmsilçisi ilə 2+1 illik müqavilə imzalayan nigeriyalı hücumçu “əsas heyət üzvü olmağın üçün nə çatmır” sualını belə cavablandırıb:
“İlk vaxtlar tam formamı bərpa etmək üçün müəyyən zamana ehtiyacım var idi. Əlavə məşqlər etməli oldum.
Məşqçilərin də köməyi ilə artıq hazır vəziyyətdəyəm və yavaş-yavaş start heyətində meydana çıxıram. “Sabah”a faydalı olacam. Mən elə bunun üçün Azərbaycana gəlmişəm”.
27 yaşlı afrikalı legioner karyerası ərzində Türkiyədə "Əskişəhərspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyəspor"un formasını geyinib.

