Azərbaycanda yerindən uzaqlaşdırılan baş məşqçi alqışlarla yola salındı - VİDEO

26 Oktyabr 2023 23:00 Sabah 2 398
Azərbaycanda yerindən uzaqlaşdırılan baş məşqçi alqışlarla yola salındı - VİDEO

"Sabah" Premyer Liqada növbəti məğlubiyyəti aktivinə yazdırdı.

"Sumqayıt"ın qonağı olan Masazır klubu 0:1 hesablı məğlubiyyətə düçar oldu.

"Tələbələr" uğursuzluq yaşadığı oyunda baş məşçisini də itirdi.

Belə ki, əcnəbi çalışdırıcı mövsümdə 3-cü dəfə hakimlərin qəzəbinə tuş gəldi.

94-cü dəqiqədə ardıcıl iki sarı vərəqə alan Musayev final fitinin dəhlizdə eşitməli oldu.

Dəhlizə kimi isə uzun məsafə qət edən baş məşqçi öz tərəfdarlarının önündən keçərkən böyük dəstək görmüş oldu.

Uğursuz keçən mövsümə, məğlub durumda olduqları matça rəğmən fanatlar onun adını səsləndirib, alqışla yola saldılar.

Azarkeşlərin jestindən məmnun olan Murad Musayev əlini ürəyinə qoymaqla onlara cavab vermiş oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti