Bu gün Azərbaycan Premyer Liqasında 1 matç baş tutacaq.
"Sumqayıt" ikinci turdan təxirə salınmış görüşdə "Sabah"ı qəbul edəcək.
Tərəflər qarşılaşmaya ciddi itkilərlə çıxa bilərlər.
Belə ki, meydan sahiblərindən İsa Sulimanının görüşü buraxacağı dəqiqləşib. Əvəzində zədədən qayıdan Mehdi Cənnətov və Kristian Velinovskinin durumu qənaətbəxşdir.
Son oyunda zədələndiyi üçün əvəzlənən Manteka Oktavio da özünü yaxşı hiss edir.
Qonaqlarda isə vəziyyət daha ağırdı. Eyni vaxtda 5 futbolçunun xidmətindən Murad Musayev məhrum olub.
Söhbət İshak Belfodil, Anatoli Nuriyev, Vinsent Till, Jarl Marqarita və
Kristian Sebalyosdan gedir. Sonuncu uzun müddətdir sıradan çıxıbsa, Till və Marqarita milli komandalarında aldıqları zədəni hələ tam bərpa etməyiblər.
İshak və Anatoli məşqlərdə xəsarət alıb.
"Kapital Bank Arena"da keçiriləcək görüş 18:30-da başlayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

