«AZAL Arena» növbəti dəfə «əl dəyişib».
Eyniadlı Hava Konserninin balansında olan stadion «Sabah»ın ixtiyarına verilib.
Masazır klubu Şüvəlanda yerləşən kompleksi uzunmüddətli icarəyə götürüb.
«Bayquşlar» öz akademiyasını vaxtilə AZAL PFK-nın ev oyunlarını keçirdiyi məkana köçürməyi qərara alıb.
Bundan sonra «Sabah»ın aşağı yaş qrupları üzrə komandaları Bakıətrafı qəsəbədə məskunlaşacaq.
Axır vaxtlara kimi akademiya «ASK Arena»da hazırlıq keçirdi.
SPORTİNFO.AZ

