«Başlarına gəlməyən hadisə qalmayıb, sanki bəxt də onlardan üz çevirib».
Bu sözlər «Sabah»ın sabiq idman direktoru Emin Abbasova aiddir.
O, Masazır klubunun Premyer Liqanın ilk dövrəsində cəmi 1 qələbə qazanmasının təəccüblü hal olduğunu bildirib.
Tanınmış teleşərhçi deyib ki, uğursuzluğun səbəbləri incələnməlidir:
«Bunu yalnız şansızlıqla əlaqələndirmək də düzgün deyil. bir qol buraxmısansa, üçünü vur.
Komandanın səviyyəsi imkan verir ki, rəqibi üstələsinlər. Nəsə alınmır, nəsə qayıdasında getmir.
Növbəti turu gözləməlidirlər. Nəyisə dəyişməlidirlərsə, bu, artıq kritik qərar olmalıdır.
Murad Musayev ötən mövsümlərdə yaxşı iş ortaya qoyub. Şəxsən mənim çox bəyəndiyim məşqçilərdən biridir».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

