“Yaya kimi müqaviləm var, ondan sonra karyeramda yeni səhifə açacam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın qapıçısı Nicat Mehbalıyev deyib.
Sentyabrdan bəri əvəzedici heyətin formasını geyinən “Bakı”nın yetirməsi gələcəklə bağlı ümidli danışıb:
“Düzdür, bu qədər kənarda qalmaq karyerama ciddi zərbədir. Onsuz da, oynamırdım.
Bundan sonra oynamamağım əlbəttə, karyerama ziyandır. Yaşımın ən gözəl vaxtıdır.
Niyə oynamayım? Amma neyləmək olar, belə alındı.
Yenə də dünyanın sonu deyil, futbolda belə hallar olur.
Özümə güvənir və inanıram. İnşallah, yenidən qayıdacam”.

