Azərbaycanda çalışan əcnəbi diqqətli addımı ilə alqış qazandı - VİDEO

2 Oktyabr 2023 20:00 Sabah 1 824
Azərbaycanda çalışan əcnəbi diqqətli addımı ilə alqış qazandı - VİDEO

Ötən mövsümün gümüş mükafatçısı “Sabah” növbəti oyunda da qələbəyə həsrət qaldı.

“Tələbələr” “Səbail”lə səfər qarşılaşmasında hesabda 2:1 önə çıxsa da, Adi Mehremiçin son dəqiqələrdə vurduğu qol hər iki komandaya 1 xal qazandırdı.

Oyun başa çatandan sonra qonaqların “Soldati di Sabah” azarkeş qrupu komandanı alqışlayanda futbolçular əsəbi və üzgün halda paltardəyişmə otağının yolunu tutmuşdu.

Həmin an Murad Musayev nümunəvi addımla diqqət çəkdi. Rusiyalı çalışdırıcı həmkarı Şahin Diniyevlə əl sıxıb dərhal azarkeşlərin qarşısına getdi.

Fanatlara verdikləri dəstəyə görə təşəkkürünü bildirən Musayev onlardan alqış eşitdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...