"İndiki "Sabah"da gələcəyə ümid görmürəm"

28 Sentyabr 2023 22:20 Sabah 1 335
"İndiki "Sabah"da gələcəyə ümid görmürəm"

Azərbaycan Premyer Liqasında 7 tur arxada qalıb.

Hələki ən uğursuz komandanın “Sabah” olduğunu demək olar.

Masazır klubu oynadığı 6 matçda cəmi 1 qələbə qazanmaqla aktivinə 5 xal yazdıra bilib.

Murad Musayevin yetirmələri 5 turdu qələbə üzünə həsrətdir.

Maraqlıdır, ötən mövsüm adından söz etdirən, yayda Konfrans Liqasında uğurlu çıxışla yadda qalan komandaya indi nə olub?

Sualımıza cavab tapmaq üçün üz tutduq futbol mütəxəssisi Yunis Hüseynova.

Təcrübəli çalışdırıcı təmsilçimizin düşdüyü durumla bağlı bunları dedi:

"Sabah" ötən mövsüm özünü yaxşı tərəfdən göstərirdi. Aleksey Kaşuk, Con Leys Mikels fərq yaradırdı.

Düzdür, bəzən komandalarda belə eniş olur. Digər komandalarımızın güclənməsini də unutmaq olmaz.

Ötən mövsüm rəqiblər indiki gücdə deyildi. Sadəcə, indiki "Sabah"da ümid görmürəm.

Yeni transferlər nəiləsə fərqlənmirlər. Mən hətta Konfrans Liqasının birinci mərhələsində Latviya çempionu RFŞ-ni keçəndə belə o qədər yaxşı oynamamışdı.

Çatışmamazlıqlar artıq onda hiss olunurdu. Yəqin ki, rəhbərlik, baş məşqçi bunlar barədə nəsə düşünəcək.

Bəlkə də qışda yaxşı transferlər gördük. Əgər boşluqlar aradan qaldırılmasa, bu il komandaya çətin olacaq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti