Murad Musayevin bir yanlışı iki ağır fəsada yol açdı

26 Sentyabr 2023 23:40 Sabah 1 092
Murad Musayevin bir yanlışı iki ağır fəsada yol açdı

"Kəpəz"in "Sabah" səfərindən xalla qayıtmasında (2:2) meydan sahiblərinin qolkiperi Rüstəm Samiqulinin "xidməti" böyük oldu.

Hər iki qolda da gənc qapıçı kobud səhvlərə yol verdi.

Haqqlı olaraq matçdan sonra Musayevin qarşısına çıxan bu məqamı xüsusi qabardırdı.

Öncə "CBC Sport" kanalına verilən "flaş" müsahibdə, ardınca isə mətbuat konfransında oxşar məzmunada suallar Musayevə tuşlandı.

Rusiyalı çalışdırıcı 20 yaşlı yetirməsinə sahib çıxdı: "Rəqabəti daha da artırmaq üçün belə qərar verdik. Çünki, Yusif rahatlaşmışdı. Ona limitə görə imkan verdik, oynadı. Məğlubiyyətin günahkarı sadəcə Rüstəm Samiqullin deyil".

Əsəbi soyumayan əcnəbi çalışdırıcı konfrans bitəndən sonra zalı tərk edə-edə "bu gün hər şeyi Rüstəm üzərinə atmaq çox asandır" deməklə növbəti dəfə narazılığını bildirdi.

Bir məşqçinin gənc futbolçusuna sahib çıxmasından gözəl heç nə yoxdur. Bu gün 20 yaşlı Yusif İmanovun əsas milli komandaya yüksəlməsinə görə Musayevə nə qədər təşəkkür etsək azdır. Çünki zamanında onunla bağlı da az tənqid olunmamışdı.

Lakin indi durum bir az fərqlidir axı. Əvvəla, İmanova əsas heyətdə sırf limitə görə şans verilmişdi. Murad bəy özü də bunu açıq etiraf edir. Bu gün elə bir limit qadağası yoxdur.

Hə, rəqabət yaratmaq qərarına gəlmisən. Çox gözəl, lakin zamanı yanlış seçmisən.

Bu gün kollektiv çox ağır perioddan keçir. Uğursuz oyunlar bir-birin əvəz edir. Etiraf etdiyin ki, geridönüş üçün bir qələbə axtarışındasınız.

Rəqib isə son 5 matçda bir bərabərliyi olan, hazırda son pillədə qərarlaşan "Kəpəz"di.

Lazım olan həmin 1 qələbə üçün bundan münasib şərtlər nə ola bilər? Heç nə!

Və belə məqamda aktivində əsas komanda ilə 52 oyun keçirən Yusifə yox, cəmi 4 matçda forma şansı qazanmış Rüstəmə şans verilir.

Zamanlama çox yanlış seçilib.

Rusiyalının bir yanlışı isə iki ağır fəsada yol açdı.

Kollektiv önəmli iki xalından oldu, gənc Rüstəm ağır psixolji tramva almış oldu.

Həqiqətən, əsəbiləşməli durumdur, amma jurnalistlərin verdiyi suala görə yox, özünün verdiyin çox yanlış qərara görə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti