Qorxulu "Sabah"!

25 Sentyabr 2023 17:00 Sabah 825
Qorxulu "Sabah"!

"Sabah" ardıcıl 5-ci oyununda da qələbə üzünə həsrət qaldı.

Doğma meydanda autsayder "Kəpəz"lə qarşılaşan Masazır klubu meydandan 2:2 hesablı bərabərliklə ayrıldı.

Ötən tur "Qarabağ"la görüşdən sonra baş məşqçi Murad Musayev bildirmişdi ki, motivasiyamızın düzəlməsi üçün bizə bir qələbə lazımdır.

Həmin qələbə üçün bundan gözəl fürsət?

Lakin yetirmələri bu imkandan da yararlana bilmədi.

Mətbuat konfransında rusiyalı çalışdırıcıya ağdamlılarla oyundan sonrakı fikirlərin xatırladıb, sual ünvanladım ki, dediyiniz bir qələbə autsayderlə matçda da əldə olunmadı. Mənzərə sizi qorxutmur?

Musayev səmimi etiraf etdi ki, qorxudur.

"Qara zolaq"da olan klubu bataqlıqdan məhz Muradın məşqçilik fərasəti çıxara bilər.

Belə məqamda məşqçi öz bacarığını ortaya qoymalı, yetirmələrini toparlamalıdır.

Əgər belə məqamda o da qorxursa, daha doğrusu kollektivin performansının qorxulu olduğunu etiraf edirsə, deməli, vəziyyət düşündüyümüzdən də pisdir.

Gör, indi futbolçular hansı psixoloji durumdadır.

Hələ rəsmilərdən danışmıram.

Təcrübəli mütəxəssis indi iki işi birdən görməlidir - öncə öz qorxuluğunu, ardınca onu qorxudan yetirmələrinin qorxuluğunu aradan aparmalıdır.

Əks halda, gözlədiyi həmin 1 qələbə çox gec gələ bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti