Ayaz Quliyev "Sabah"da: 3 illik müqavilə - RƏSMİ

28 Avqust 2023 19:30 Sabah 705
Ayaz Quliyev "Sabah"da: 3 illik müqavilə - RƏSMİ

Ayaz Quliyevin “Sabah”a keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycan əsilli yarımmüdafiəçi Rusiyanın “Ximki” klubundan transfer edilib.

Quliyevlə 3 illik müqavilə bağlanıb. O, “Sabah”da 8 nömrəli formada çıxış edəcək.

“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib.

Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti