Aleksey Kaşukla Coy Lens Mikels «Sabah» üçün çox şey demək imiş…
Biz bunu bilirdik, sadəcə, yoldaşlarının bu ikilidən bir belə asılı olmasına təəccüblənməkdəyik.
Ukraynalı və almaniyalı legioner Azərbaycanla sağollaşmasaydılar, «Sabah» Konfrans Liqasında «Partizan»ı keçib pley-offa da qalmışdı, Premyer Liqada da yoluna itkisiz davam edirdi.
Mövcud boşluğu doldurmaq, gərək ki, Murad Musayevin ən birinci işi olsun. Təcili Kaşuk kimi məhsuldar birini tapmalıdır.
Həm qol vursun, həm qol pası versin, həm də ümumi oyuna rəng qatsın. Səudiyyəlilərin puluna şirniklənib gedən
Mikelsin yoxluğunu Davit Volkov unutdura bilməz. Apeh də həmçinin. Tamamilə fərqli tipajı olan hücumçulardır.
Volkovla Apehin bitiricilik qabiliyyəti Mikelsdən zəifdir və «Zirə» ilə qarşılaşma bu mövzuda bütün mübahisələrə nöqtə qoydu.
Murad Musayev bu gün futbolçularından çox şey tələb edə bilir, əmbə hər şey tələb edə bilməz. Dinamika Kaşuk və Mikelslə gedib.
Amin Seydiyevin aldığı qırmızı vərəqəyə baxırsan və başa düşürsən ki, «Sabah»da intizamla bapğlı problem də yaranıb.
Əlbəttə, Murad Musayev həftə səkkiz, mən doqquz texniki zonadan qovulursa, futbolçusu da o cür yersiz «qırmızı»lar alacaq, heç içi də sızıldamayacaq.
MUSA

