“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Masazır təmsilçisi bununla bağlı özünün “facebook” səhifəsində paylaşım edib.
Yeni oyunçunun kimliyi açıqlanmayıb. Amma bilirik ki, söhbət Ayaz Quliyevdən gedir. “Ximki“ onu Premyer Liqamızın gümüş medalçısına satıb.
Rusiyanın Birinci Liqasında oynamaq istəməyən və son vaxtlar komandadan ayrı məşq edən yarımmüdafiəçi “Sabah“la 2+1 illik müqavilə imzalayıb.
İki gündür Azərbaycanda olan Moskva “Spartak”ının yetirməsinin transferinin bu gün açıqlanması nəzərdu tutulur.
AFFA-nın da millimizdə görmək istədiyi 26 yaşlı orta sahə oyunçusu danışıqlar prosesinin gedişində Murad Musayevlə təmas qurub.
Baş məşqçinin onun haqda müsbət fikirdə olduğunu görən Ayaz klub haqda ondan geniş informasiya alıb. Rusiyalı çalışdırıcı “Sabah“ın iddialı hala gəlməsi, avrokuboklarda qruplara qalmaq istəməsi barədə danışıb.
Quliyev karyerası ərzində “Spartak” (Moskva), “Anji”, “Rostov”, “Arsenal” (Tula), “Ximki” kimi komandaların şərəfini qoruyub.
O, Rusiya Premyer Liqasında 106 oyunda 3 qol və 6 məhsuldar ötürmə yadda qalıb.
SPORTİNFO.AZ

