Azərbaycan klubunun səs-küylü transferinin SİRLİ MÜQAVİLƏ DETALLARI

25 Avqust 2023 16:20 Sabah 7 802
Azərbaycan klubunun səs-küylü transferinin SİRLİ MÜQAVİLƏ DETALLARI

“Sabah” növbəti transferini reallaşdırmağa hazırlaşır.

Əslən Azərbaycandan olan Ayaz Quliyev karyerasını “tələbələr”in heyətində davam etdirəcək.

Sportinfo.az keçidin detalları ilə bağlı bəzi maraqlı məlumatları əldə edib.

26 yaşlı yarımmüdafiəçi bu gün meneceri ilə birlikdə Bakıya təşrif buyuracaq. İlk mərhələdə məqsəd tibbi baxışdan keçməkdir. Müayinənin nəticələri “Sabah” rəsmilərinin ürəyincə olsa, Quliyev müqavilə masasına əyləşəcək.

Artıq sözləşmənin müddəti də razılaşdırılıb. “Tələbələr” uzun illər Rusiya Premyer Liqasında çıxış etmiş futbolçu ilə 3 illik anlaşma əldə edəcək.
Ayaz bu müddətdə təxminən 800 min dollar qazanacaq.

Müsahibələrində Azərbaycan millisində oynamaq istəyini gizlətməyən Ayaz Quliyev karyerası ərzində “Spartak” (Moskva), “Anji”, “Rostov”, “Arsenal” (Tula), “Ximki” kimi komandaların şərəfini qoruyub.

O, Rusiya Premyer Liqasında 106 oyunda 3 qol və 6 məhsuldar ötürmə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti