«Namik Ələskərov ortabab futbolçuya çevrilib».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində millinin və «Sabah»ın yarımmüdafiəçisi haqda fikirlərini bölüşüb.
O bildirib ki, 1 il öncə «Bursaspor»dan «Sabah»a qayıtmış vingerin oyununda ciddi düşüş var.
Ekspert «Bakı»nın yetirməsinin əvvəlki illərdə olduğu kimi yaxşı təsir bağışlamadığını, formasından çox uzaq düşdüyünü qeyd edib.
Ələskərov Masazır klubunun Konfrans Liqasıyla üçüncü mərhələdə vidalaşmasına səbəbkar olub. Yığmanın üzvü «Partizan»la Belqrada keçirilən cavab qarşılaşmasının penaltilər seriyasında hədəfə düşə bilməyib.
Namik vuruşu etinasız şəkildə yerinə yetirib və komandasının pley-offa vəsiqə qazanmaq şansının üzərindən xətt çəkib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

