AFFA İntizam Komitəsi “Sabah”ın baş məşqçisi Murad Musayevlə bağlı qərarı açıqlayıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Premyer Liqanın 3-cü turunda "Neftçi"yə qarşı matçda oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb,
“Sabah” 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah” – “Neftçi” görüşü 1:1 hesabı ilə başa çatıb.

