Premyer Liqamızın rusiyalı əcnəbisi ADAM ÖLDÜRÜB?

23 Avqust 2023 22:20 Sabah 2 828
Premyer Liqamızın rusiyalı əcnəbisi ADAM ÖLDÜRÜB?

Murad Musayev ölkəmizə gəlmiş-getmiş ən yaxşı 2-3 əcnəbi mütəxəssisdən biri olduğunu indidən iddia etmək olar.

Adam qısa müddətdə bir neçə ildi düzgün yol axtarışında olan "Sabah"a həmin yolun açarı olmağı bacarıb.

Təbii ki, bir insan hər nə qədər uğurlu olsa da belə, hər kəs tərəfindən sevilməsi mümkünsüzdür.

Musayev də həmçinin. Əbəs deyil ki, zaman-zaman o da tənqid hədəfinə tuş gəlir.

Bu, bəzən haqqlı olursa, bəzən də birmənalı qarşılanmır.

Məsələn, "Neftçi" ilə sonuncu görüşdə olduğu kimi.

"Sabah"ın baş məşqçisi oyunun vaxtını uzatdığı üçün sərt qınaqla üz-üzədir. Öncə birbaşa qırmızı vərəqə almaqla hakimdən sərt qərar gördü, davamında isə sərt tənqidlər.

Bu, nə hay-küydü, nə propaqandadır?

Rusiyalı adam öldürüb? Kimisə təhqir edib? Yox!

Sadəcə oyunun vaxtını uzadıb.

Bunu yan xəttdən oyuna erkən başlamaq istəyən Andre Şinyaşikiyə topu verməməklə edib. Sadəcə sarı vərəqəlik bir hərəkətdir. Əslində baş hakim Əliyar Ağayev yanlış qırmızı vərəqə verməklə məsələni alovlandırmış oldu.

Oxşar addımı sahə oyunçuları, ehtiyat oyunçular azmı edir? Oyunçular kimi məşqçilər də oyunun tərkib hissəsinə daxildir.

Dünyanın məşhur baş məşqçiləri də oxşar addımla komandalarına dəstək olmaq yolunu az seçməyiblər.

Bundan rəqib azarkeşlər, futbolçular, məşqçilər narahat olsun. Daha mətbuat və ictimaiyyət niyə?

Futbol emosiya oyunudur. Burada yaşanan aqressiv davranışlar əksər vaxt başa düşüləndir. Əsas odur ki, kimisə söyməyəsən, döyməyəsən.

Bəzən özümüz də asüdə vaxtlarımızda futbol oynayarkən bundan betər emosiyalar ortaya qoyuruq.

Çünki futbol təkcə topla oynamaq yox, həm də emosiyalarla vargəl etmək oyunudur. Udanda sevinc, uduzanda həyəcan, qəzəb kimi.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti