Azərbaycan klubundan SÜRPRİZ TRANSFER – GƏLİR!

23 Avqust 2023 18:00 Sabah 2 736
Azərbaycan klubundan SÜRPRİZ TRANSFER – GƏLİR!

Konfrans Liqasında uğurlu debüt edən “Sabah” heyətini bir qədər də gücləndirib.

Premyer Liqanın gümüş medalçısı yeni transfer xəbəri ilə gündəmi dəyişəcək.

“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını burada davam etdirəcək.

Bir müddətdir Rusiya 1-ci liqa təmsilçisində fərdi proqram üzrə məşq edən həmyerlimiz yaxın günlərdə Azərbaycana təşrif buyuracaq.

Azərbaycan klubundan SÜRPRİZ TRANSFER – GƏLİR!

“Ximki” onun transferi ilə bağlı “Sabah”ın təklifini dəyərləndirib. Quliyevin özü də şəxsi müqavilə şərtlərini razılaşdırıb,

AFFA-nın uzun illərdir milliyə də cəlb etmək istədiyi A.Quliyev sonuncu dəfə iyulun 17-də Birinci Liqanın 1-ci turunun "Tümen"lə oyununda (1:3) “Ximki”nin heyətində meydana çıxıb.

Daha əvvəl "Neftçi"nin azərbaycanlı futbolçunun transfer edəcəyi xəbəri yayılmışdı. Ancaq təzminat məsələsində klublar razılığa gəlməmişdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti