Xanımı təkid edib - Ərəblərlə müqavilə bağlamasan, səndən boşanacam!

22 Avqust 2023 15:00 Sabah 2 873
Xanımı təkid edib - Ərəblərlə müqavilə bağlamasan, səndən boşanacam!

"Sabah"dan qalmaqallı şəkildə ayrılaraq Səudiyyə Ərəbistanına yollanan Coy-Lens Mikels yeni paylaşımı ilə gündəmə oturub.

Almaniyalı hücumçu sostal şəbəkədə "Əl-Faysalı"daki məqsədlərindən, gözləntilərindən yazıb.

Amma sabiq komandası olan "Sabah"ın adını da çəkməyib, Masazır klubu ilə bağlı heç nə yazmayıb, onlara təşəkkür borcunu quzu sözlə də olsa, ödəməyib.

"Yeni evim. Bu heyrətamiz kluba qoşulmaqdan və bir neçə gündən sonra debüt edəcəyim üçün çox xoşbəxtəm. Hiss edirəm ki, bu mövsüm birlikdə böyük nailiyyətlər əldə edə bilərik.

Mənə və ailəmə güvənən "Əl-Faysali"nin idarə heyətinə və mənə kömək edən insanlara, sövdələşməni mümkün edən insanlara, agentliyə xüsusi təşəkkürlər" - Mikels yazıb.

2021-ci ildən Azərbaycanda forma geyinmiş forvard Səudiyyə Ərəbistanının I Liqa təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkib.

Mikelsin son paylaşımı öz yerində, o, xanımının təkidi ilə Ərəbistan yarımadasına üz tutub.

Həyat yoldaşı daha çox pul qazanmaq fürsətini boşa verəcəyi təqdirdə, onunla münasibətlərinə son qoyacağı barədə futbolçuya xəbərdarlıq edib.

Belədə "Əl-Faysali" 300 min avro təzminat ödəyərək, Mikeli Azərbaycandan aparıb. Hücumçunun özü isə ilk ilində yarım milyon avro irəli düşəcək. Növbəti ildə isə gəliri 800 min avroyadək artacaq.

O, Səudiyyə Ərəbistanında vuracağı hər qola görə 10 min avro bonus alacaq. Komanda yüksək liqaya vəsiqə əldə edərsə, Mikelsin hesabına daha 200 min avro köçürüləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti