Premyer Liqanın iki komandası arasında "qırğın" - VİDEO+FOTOREPORTAJ

22 Avqust 2023 03:30 Sabah 638
Premyer Liqanın iki komandası arasında "qırğın" - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bağlanış matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Həftəiçi UEFA Konfrans Liqasında rəqiblərinə məğlub olaraq avrokuboklarla vidalaşan Bakı təmsilçiləri “Bank Respublika Arena”da qarşılaşıblar.

Əliyar Ağayevin idarə etdiyi paytaxt derbisində hesabı meydan sahibləri açıblar. 43-cü dəqiqədə Boyan Letiç dəqiq zərbə ilə toru silkələyib.

Fasilədən dərhal sonra “status-kvo” bərpa olunub. 49-cu dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub.

Qalan dəqiqələrdə komandaların cəhdləri bir nəticə verməyincə, görüş 1:1 hesabı ilə başa çatıb. Yalnız “Sabah”ın baş məşqçisi Murad Musayev son dəqiqələrdə qırmızı vərəqə almaqla diqqət çəkib.

Bu nəticədən sonra “Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti