“Neftçi”yə qol vurdu, klubun tarixinə düşdü

21 Avqust 2023 23:20 Sabah 1 116
“Neftçi”yə qol vurdu, klubun tarixinə düşdü

“Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolunun müəllifi Boyan Letiç olub.

Serbiyalı oyunçu Azərbaycan Premyer Liqasının III turunda fərqlənib. 30 yaşlı müdafiəçi “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.

2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.

“Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti