“Partizan” Murad Musayevi necə yanıltdı? - BU VİDEODA BİLƏCƏKSİZ Kİ…

18 Avqust 2023 14:40 Sabah 1 458
“Partizan” Murad Musayevi necə yanıltdı? - BU VİDEODA BİLƏCƏKSİZ Kİ…

"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında Serbiyada "Partizan"a 0:2 hesabı ilə uduzub.

İlk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb və bu da qolsuz başa çatdığından penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq olan “Partizan” adını növbəti mərhələyə yazdırıb.

Sportinfo TV-nin aparıcı-eskperti Elçin Cəfərov deyib ki, bunda Murad Musayevin xətaları var:

“Komandamız hakimin start fitindən sonra topu rəqibə verərək, daha çox topsuz oyuna keçdi. İkinci zonanı bütünlüklə rəqibə verən “Sabah“ əks-hücum taktikası hesabına üstünlük əldə etməyə çalışdı.

Lakin qazanılan toplardan sonra zamanında hücumda çoxala bilməmək, cinahların düzgün açılmaması komandamızın bu strategiyanı reallaşdırmasına əngəl törətdi.

“Partizan” daha təcrübəli oynadı. Türkiyə türkçəsində belə bir deyim var: "Əgər yaxşı çıxış etmək istəyirsənsə, atanınla tutanın yaxşı olmalıdır".

Yusif İmanov perspektivli qapıçıdır. Amma avrokuboklarda qruplara qalmaq üçün təcrübəli qapıçıya mütləq sahib olmasın.

Hər halda avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan komandamız üçün Belqraddakı matç böyük təcrübə oldu”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti