"Sabah"ın pley-offdakı potensial rəqibi məlum oldu

17 Avqust 2023 23:00 Sabah 1 253
"Sabah"ın pley-offdakı potensial rəqibi məlum oldu

"Sabah"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda III raundda Serbiya "Partizan"ını mübarizədən kənarlaşdıra bilsə, Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

Skandinaviya klubu cavab görüşündə Rumıniya "Styaua"sını 2 cavabsız qolla üstələyib. İlk matç qolsuz bərəbərliklə başa çatmışdı.

"Partizan" - "Sabah" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bakıdakı oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti