"Sabah" penaltilər seriyasında məğlub oldu, Konfrans Liqası ilə vidalaşdı

18 Avqust 2023 01:58 Sabah 1 263
"Sabah" penaltilər seriyasında məğlub oldu, Konfrans Liqası ilə vidalaşdı

"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub.

Qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə Mateus Saldanya, 57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq "Partizan"ı azlıqda qoyub.

Əlavə vaxt qolsuz yekunlaşdığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Serbiya klubu pley-offa yüksəlib.

Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

17 avqust

23:00 "Parizan" (Serbiya) – "Sabah" 2:0 (penaltilər 5:4)

Qollar: Mateus Saldanya, 30. Bibras Natxo, 58.
Baş hakim: Bartoş Frankovski (Polşa)
“Partizan” stadionu, Belqrad
İlk oyun – 0:2

"Partizan": 1. Aleksander Yovanoviç, 5. Nikola Antiç, 2. Arancel Stoykoviç, 3. Mihaylo İliç, 6. Svetozar Markoviç (k), 40. Kristian Beliç, 8. Frank Kanute, 7. Severina Xander, 10. Bibras Natxo, 9. Quensi Meniq, 11. Mateus Saldanya.
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 4. Sinişa Saniçanin, 12. Zlatan Şehoviç, 14. Samed Bajdar, 15. Aldo Kalulu, 17. Marko Jivkoviç, 19. Aleksandr Şçekiç, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç, 26. Aleksandar Filipoviç, 43. Nemanya Trifunoviç, 45. Mateya Styepanoviç.
Baş məşqçi: İqor Dulyay.
"Sabah": 1. Yusif İmanov, 44. Sofian Çakla (k), 24. Mauran Haduidi, 2. Amin Seydiyev, 15. Kristian Da Silva, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till, 27. Jarl Marqarita, 9. Anatoli Nuriyev, 18. Davit Volkov.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov, 77. Namik Ələskərov.
Baş məşqçi: Murad Musayev.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti