“Sabah”ın “Partizan”la matçda əla şansları var”.
Bu fikirləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç deyib.
Milliləşdirilmiş serbiyalı Bakıdakı görüşdə gördüyü “Sabah”ı çox bəyəndiyini bildirib:
“İlk matç üçün Bakıya gəlmək istəyirdim. Amma son anda bu alınmadı.
Lakin qarşılaşmanı izləmək imkanım oldu. “Sabah” çox yaxşı oyun keçirdi.
“Partizan”a meydanda heç bir şans vermədi. Açığı, meydanda baş verənlər məni təəccübləndirdi”.
Veteran hücumçu həmyerlilərinin mərhələ keçmək şansının çətin olduğunu dilə gətirib:
“Düzdü, bu dəfə çılğın serbiyalı fanatların qarşısında oynamaq asan olmayacaq.
Lakin düşünmürəm ki, belə geriliyi “Partizan” aradan qaldıra bilsin. Klub son illər bir xeyli zəifləyib. İstənilən halda ehtiyatı əldən vermək olmaz”.
"Partizan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
XANOĞLAN

