"İlk oyundan sonra üstünlüyümüz olsa da, deməliyəm ki, hələ heç nə həll olunmayıb".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın müdafiəçisi Boyan Letiç dilə gətirib.
Masazır klubu Bakıdakı görüşdə güclü rəqibi üzərində inamlı qələbə ilə yadda qalıb - 2:0.
Amma bosniyalı legioner evdəki üstünlüyə rəğmən səfər görüşündə çox diqqətli olmalı olduqlarını önə çəkib:
"Bizi Belqradda çətin oyun gözləyir. Bu matçda maksimum konsentrasiyalı olmalı və meydana çıxaraq ilk matçdakı kimi öz oyunumuzu oynamalıyıq".
XANOĞLAN

