"Partizan"ın legioneri "Sabah" üzərində qələbənin yolunu dedi

16 Avqust 2023 09:00 Sabah 1 212
"Partizan"ın legioneri "Sabah" üzərində qələbənin yolunu dedi

"Partizan"ın kurasaolu legioneri Ksander Severina Serbiya çempionatında "Radniçki" üzərində qazanılan qələbəni (2:1) şərh edərkən Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"a qarşı keçiriləcək cavab oyununa da toxunub.

Sportinfo.az xəbər verir ki, "Informer"ə danışan Belqrad klubunun 22 yaşlı yarımmüdafiəçi "Sabah"la matçın onlar üçün vacib olduğunu deyib:

"Buraxdığımız qoldan sonra ayıldıq və oynamağa başladıq. "Sabah"la matça “Radniçki" ilə görüşlə müqayisədə daha yaxşı başlamalıyıq.

Daha dəqiq desəm, "Radniçki" ilə görüşün ikinci yarısındakı kimi, eynən "Sabah"a qarşı oynamalıyıq. Çünki bu matç bizim üçün çox önəmlidir".

"Partizan" - "Sabah" görüşü avqustun 17-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti