Premyer Liqamızı tərk edən hücumçunun yeni klubu məlum oldu - RƏSMİ

15 Avqust 2023 13:40 Sabah 1 467
Premyer Liqamızı tərk edən hücumçunun yeni klubu məlum oldu - RƏSMİ

Almaniyalı vinger Coy Lens Mikkels "Sabah"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, hücumçu rəsmi olaraq artıq müqavilə imzaladığı “Əl-Faysali”yə (Səudiyyə Ərəbistanı) keçib.

Bu gün Mikkelsin təqdimetmə mərasimi keçirilib.

29 yaşlı cinah yarımmüdafiəçisi 2021-ci ilin yayından “Sabah”da çıxış edirdi. Bu müddət ərzində o, 69 oyuna çıxıb, 33 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti