Konfrans Liqasında mübarizəni uğurla etdirən "Sabah"ın növbəti sınağı Belqradda baş tutacaq.
Turnirin 3-cü təsnifat mərhələsinin ilk matçında evdə “Partizan”ı 2:0 məğlub edən təmsilçimiz cavab görüşü üçün adıçəkilən şəhərə yollanacaq.
Artıq səfər planı bizə məlum olub.
Masazır klubu avqustun 16-da saat 11:30-da çarter reysi ilə Serbiyaya uçacaq.
Matçdan dərhal sonra Murad Musayevin rəhbərlik etdiyi kollektiv yenidən Bakıya qayıdacaq.
Bakı klubu paytaxtın dəbdəbəli "Hyatt Regency" hotelində məskunlaşacaq.
2-ci mərhələnin RFS ilə səfər qarşılaşması üçün Latviyaya azarkeş aparan klubumuz bu dəfə oxşar addımı atmayacaq.
Belqrada buradan azarkeş aparılmasa da, səfərdə azarkeş dəstəyinin olması gözlənilir.
Belə ki, Serbiyada yaşayan soydaşlarımızdan klubumuza müraciət edərək oyuna gəlmək istədiklərini bildirənlər var.
Lakin hələ ki, konkret say bəlli deyil. Çox güman komandamıza nə qədər tamaşaçının dəstək olacağı oyun günü bəlli olacaq.
Partizan" - "Sabah" görüşü avqustun 17-də Belqraddakı "Partizan" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

