Azərbaycan klubu bu transferdən 300 min avro qazandı! – SON DƏQİQƏ

15 Avqust 2023 13:00 Sabah 3 046
Azərbaycan klubu bu transferdən 300 min avro qazandı! – SON DƏQİQƏ

"Sabah"da gözlənilən ayrılıq reallaşıb.

Söhbət Con Leys Mikelsin klubdan gedişindən gedir.

Əldə etdiyimiz məlumata görə, almaniyalı legioner Masazır klubunun düşərgəsin tərk edib.

O, hər kəslə sağollaşaraq Səudiyyə Ərəbistanına yola düşüb.

Yaxın günlərdə 29 yaşlı legioner yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Ərəblər Mikelsə görə təmsilçimizə 300 min avro təzminat ödəyib.

Hücumçu 2021-ci ildən "Sabah"ın şərəfini qoruyurdu. O, arxada qalan müddətdə meydana çıxdığı 68 oyunda 32 qol, 19 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti