"Sabah" avqustun 17-də Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Masazır klubu Belqradda "Partizan"ın qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bakıdakı ilk görüşdə Murad Musayevin baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb.
«Tələbələr» mərhələ adlayarsa, rəhbərlik tərəfindən böyük mükafat alacaq. Hər halda komanda üzvlərinin hər birinə 12 min manat vəd olunub.
«Sabah» rəhbərliyi ilk raundda RFS-ə (Latviya) qalib gəlməsinin müqabilində oyunçularına 7000 manat «ənam» verib.
SPORTİNFO.AZ

