“Mən bunu Rusiyada işləyəndə hiss etdim”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev dilə gətirib.
2021-ci ilin payızından ölkəmizdə çalışan mütəxəssis "Rusiya məşqçilik məktəbinə görə məsuliyyət hiss edirsiz" sualını belə cavablandırıb:
“Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində üç mövsüm “Krasnodar”la oynayanda həm xal baxımından, həm də futbolun keyfiyyəti baxımından çox yaxşı nəticə göstərdik.
İndi də Azərbaycandayam və yerli futbola daha çox məsuliyyət hiss edirəm.Ölkənin reytinqində mümkün qədər çox xal toplamaq istərdim və şadam ki, çıxışa qələbələrlə başladıq".

