"Partizan"ın "Sabah"la oyununu boykot edəcəklər?

15 Avqust 2023 07:50 Sabah 1 828
"Partizan"ın "Sabah"la oyununu boykot edəcəklər?

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Sabah"ı qəbul edəcək "Partizan" azarkeş dəstəyindən məhrum ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Serbiyanın "Sportklub" nəşri məlumat yayıb.

"Partizan"ın Serbiya çempionatında “Radniçka”ya qarşı keçirilən mövsümün ilk ev oyununa (2:1) cəmi 2 min tamaşaçı gəlib.

Onlardan yalnız 186-sı əsas azarkeş ordusunun cəmləşdiyi cənub tribunasında olub.

Oyundan sonra futbolçular və baş məşqçi İqor Dulyay azarkeşlərə təşəkkür edərək, "Sabah"la oyunda onları dəstəkləməyə çağırıb.

Nəşr yazıb ki, komandanın uğursuz çıxışlarından narazı qalan azarkeşlər Bakı klubu ilə oyunu da boykot edə bilərlər.

"Partizan" - "Sabah" matçı avqustun 17-də Belqraddakı "Partizan" stadionunda keçiriləcək. Bakıdakı oyunda "Sabah" 2:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti