“Sabah”da daha bir yeni tərəfdaş - VİDEO+FOTOLAR

30 Mart 2023 16:00 Sabah 1 638
“Sabah”da daha bir yeni tərəfdaş - VİDEO+FOTOLAR

“Peugeot Azerbaijan” şirkəti “Sabah”ın yeni nəqliyyat tərəfdaşı olacaq.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində “Sabah” nəqliyyat vasitələri ilə təmin ediləcək.

Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah” FK-nın ixtiyarına verilib.

Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən “Sabah”ın prezidenti Maqsud Adıgözəlova təqdim edilib.

Bundan əlavə, “Sabah” FK-nın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.

“Peugeot Azerbaijan” şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” avtomobil brendinin ölkəmizdəki rəsmi distribütorudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti