Murad Musayevin başı dərddə - “Sabah”da BU PROBLEM VAR!

29 Mart 2023 19:40 Sabah 1 657
Murad Musayevin başı dərddə - “Sabah”da BU PROBLEM VAR!

Milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə başa çatır.

Həftəsonu Azərbaycan Premyer Liqasının 28-ci turunun oyunları keçiriləcək.

Kifayət qədər prinsipiallıq vəd edən qarşılaşmalardan biri Masazırda baş tutacaq.

Gümüş medallara iddia edən “Sabah” Avropa Konfrans Liqasına vəsiqə qazanmağı hədəf seçən “Qəbələ”ni qəbul edəcək.

Bu oyunda meydan sahiblərinin işi heç də asan olmayacaq.

Belə ki, iki futbolçu cəzalı duruma düşdüyü üçün bölgə təmsilçisinə qarşı oynamaqdan məhrumdur. Bunlar Amin Seydiyevlə Ceyhun Nuriyevdir.

Gürcüstan millisinin düşərgəsindən qayıdan Davit Volkovun hansı vəziyyətdə olması da sual altındadır.

Və başlıca problem. Azərbaycan yığmasının heyətinə cəlb olunaraq Avstriya və İsveç milliləri önündə darmadağın olan komandanın 7 üzvü məhz “Sabah”ı təmsil edirdi: Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Elvin Camalov, Aleksey İsayev, Namiq Ələsgərov, Tellur Mütəllimov və Ceyhun Nuriyev.

Adları çəkilən futbolçuların ağır yenilgilərdən və yol yorğunluğundan sonra “Qəbələ” ilə matça fiziki-psixoloji cəhətdən tam hazır olacağı inandırıcı görünmür.

Aprelin 2-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” görüşü saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti