12 futbolçusunu millilərə yola salan "Sabah" indi nə edəcək?

22 Mart 2023 02:50 Sabah 1 095
12 futbolçusunu millilərə yola salan "Sabah" indi nə edəcək?

"Sabah" milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə yoxlama oyunu keçirə bilər.

Sportinfo.az xəbər verir ki, 12 futbolçusu müxtəlif yığmaların düşərgəsində olan Masazır təmsilçisi klubun U-19 komandası ilə oynamağı planlaşdırır.

Qarşılaşmanın dəqiq tarixi müəyyənləşməyib.

"Sabah" Premyer Liqada 27 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Murad Musayevin rəhbərlik etdiyi kollektiv 28-ci turda "Qəbələ"ni qəbul edəcək. Bu görüş 2 aprel tarixində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!