
"Sabah" Premyer Liqada yaxaladığı qələbə seriyasını Zirədə də davam etdirdi.
Masazır təmsilçisi "Zirə" ilə görüşün ikinci yarısında vurduğu iki qolla növbəti 3 xalı aktivinə yazdırmış oldu.
Matçdan sonra qonaq tərəfdarlar qələbəni baş məşqçi Murad Musayevlə xüsusi qeyd ediblər.
Belə ki, fanatlar rusiyalı mütəxəssisi yanlarına çağırıb, uzun müddət onu alqışlayıblar.
Tərəfdarların addımından xoşbəxt görünən əcnəbi çalışdırıcı onlara təşəkkür edib.
Həmin anın görüntülərin sizə təqdim edirik:
XANOĞLAN / SPORTİNFO.AZ