“Sabah”ın qapıçısı “Top-5”də hansı məşhurlardan geri qalır?

16 Mart 2023 03:30 Sabah 748
“Sabah”ın qapıçısı “Top-5”də hansı məşhurlardan geri qalır?

Avropanın “Top-5” liqalarında 2022/2023 mövsümündə ən çox oyunda qol buraxmayan qapıçıların adları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, siyahı qolkiperlərin klublarının heyətində keçirdikləri bütün turnirlərdəki matçlara əsasən hazırlanıb.

Cari mövsüm rəqib hücumçuları üçün keçilməz səddə çevrilən İspaniyanın “Barselona” klubunun “1 nömrəsi” Mark-Andre ter Ştegen meydana çıxdığı 36 görüşün 21-də qapısından top buraxmayıb.

İspaniya La Liqasında çıxış edən digər qolkiper Aleks Remiro ikinci sırada qərarlaşıb. “Real Sosyedad”ın üzvü 17 “quru oyun” keçirib.

İngiltərə təmsilçisi “Mançester Yunayted”in qapıçısı David De Xea da eyni sayda görüşdə komandasının mərkəzə dəvət edilməsinə imkan verməyib. Ancaq De Xea həmkarından daha çox matçda bunu bacarıb.

Müqayisə üçün əlavə edək ki, Azərbaycanda çıxış edən qapıçılardan ən yaxşı göstəriciyə “Sabah”ın gənc futbolçusu Yusif İmanov imza atıb.

21 yaşlı qolkiper cari mövsüm ümumilikdə 28 matçın 15-də qol buraxmayıb. “Böyük beşlik” ölkələrindəki 98 elita klubunun qapıçılarından yalnız 5-i bu baxımdan onu qabaqlaya bilib.

“Neftçi”nin qolkiperi İvan Brkiç 24 görüşün 12-də, “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev isə 23 qarşılaşmanın 11-də rəqiblərə fərqlənmək şansı verməyiblər.

Futbolçu

Klubu

Oyun

Qol
buraxmadığı
oyun

1

Mark-Andre ter Ştegen

“Barselona”

36

21

2

Aleks Remiro

“Real Sosyedad”

36

17

3

David De Xea

“Mançester Yunayted”

40

17

4

Nik Pop

“Nyukasl”

30

16

5

İvan Provedel

“Latsio”

32

16

6

Aleks Meret

“Napoli”

33

15

7

Yehvann Diuf

“Reyms”

23

14

8

Andre Onana

“İnter” 27

14

9

Yan Oblak

“Atletiko”

33

14

10

Mark Flekken

“Frayburq”

31

13

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı