“Bu, bizim fərqlənməyimizə mane olurdu”

9 Mart 2023 19:40 Sabah 308
“Bu, bizim fərqlənməyimizə mane olurdu”

“Oyun gözlədiyimiz kimi oldu.

Rəqib müdafiə xəttində diqqətli oynamaqla qol vurmağımızı çətinləşdirirdi”.

“Sabah”ın hücumçusu Emmanuel Apeh Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın 25-ci turunda “Kəpəz”lə keçirdiyi görüşü şərh edib.

26 yaşlı nigeriyalı forvardın fikrincə, oyunun dönüş nöqtəsi ilk hissənin sonlarında yaşanıb:

“Rəqib müdafiədə sıxlıq yaratmasına baxmayaraq, ilk hissənin sonlarına yaxın qol vurmağı bacardıq.

Həmin qoldan sonra üstünlük təmamilə tərəfimizə keçdi. Çətin də olsa, meydanı 3 xalla tərk etməyi bacardıq”.

“Kəpəz” 17-ci dəqiqədən azlıqda oynasa da, meydan sahibləri qol vurmaq baxımından çətinlik çəkirdi. Üstəlik, oyun planında da ciddi nöqsanlar nəzərə çarpırdı.

Halbuki, artadakı səviyyə fərqi və gəncəlilərin azlıqda qalması “Sabah”ın böyük hesablı qələbəsindən xəbər verirdi.

Apeh həmin dəqiqələri bu cür xatırlayır:

“Bunun əsas səbəbi rəqibin müdafiə xəttində etibarlı oynaması idi. Onlar 10 nəfərlə qalandan sonra müdafiədə daha sıx oynamağa başladı.

Bu da bizim fərqlənməyimizə mane olurdu. Sıx müdafiəni yarmaq həmişə çətin olur.

Əsas odur ki, qarşımıza qoyduğumuz məqsədə çatıb vacıb 3 xalı qazandıq”.

Emmanuel Apeh cari Premyer Liqa mövsümündə 25 oyunun hamısında meydanda olmaqla 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Sabah” növbəti görüşünü martın 10-da “Bank Respublika Arena”da “Sumqayıt”a qarşı keçirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti