Kristian Da Silva ötən mövsüm baş məşqçi Murad Musayevin gəlişindən sonra böyük ümidlərlə “Sabah”a cəlb olunmuşdu.
İlk günlərdən özünü yaxşı tərəfdən göstərən braziliyalı aldğı zədə səbəbindən uzun müddət komandasına kömək edə bilmədi.
Yarımmüdafiəçi cari sezonun birinci yarısının yalnız son 3 turunda cəmi 135 dəqiqə meydanda ola bildi.
Yeni ilin ilk ayları isə “sambaşı” üçün daja yaxşı keçir. Onu indi daha tez-tez şans qazanan görürük.
33 yaşlı legioner Sportinfo.az-a açıqlamasında deyib:
“Ötən il aldığım zədə mənim üçün gözlənilməz oldu. Təəssüf ki, bu, baş verdi. A
ncaq indi mən daim öz üzərimdə çalışır və hər keçən gün özümü bir az daha formada hiss edirəm.
“Sabah”a köməyimin dəyməsi üçün bütün gücümü qoyuram. Məşqçilər görür ki, əsas heyətə dpnməkdən ötrü məşqlərdə necə həvəslə çalışıram.
Bu mövsüm Premyer Liqada medal qazanmaq və avrokuboklara getmək istəyirik.
“Sabah” dogma klubumudur. Hələ uzun müddət burada qalmağ ı arzulayıram”.

